Yəmən sahillərində gəmi batıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, kəskin hava şəraiti səbəbindən içində 250-dən çox insanın olduğu gəmi çevrilib.
Məlumata görə, nəticədə Afrika ölkələrindən olan ən azı 38 nəfər ölüb, 100-ə yaxın adam isə itkin düşüb: "Hazırda onların axtarışları davam edir".
Xəbərdə deyilir ki, gəmidə olanlar əsasən Efiopiyadan olan miqrantlar olub: "Onlar Körfəz ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edirlər. "Balıqçılar və yerli sakinlər 78 miqrantı xilas ediblər..."
Tahir Şəlvəli
MİA.AZ