Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun qarşıdan gələn parlament seçkilərinə namizədliyini irəli sürəcəyi iddia olunur. Bildirilir ki, sabiq deputat bu istiqamətdə hazırlıqlara başlayıb.
Mia.az-ın məlumatına görə, Pravda.az məlumatı dəqiqləşdirmək üçün Abel Məhərrəmovla əlaqə saxlayıb.
Sabiq rektor sualı eşidəndən sonra belə cavab verib: “Mən Bakıda yoxam, xaricdəyəm. Xahiş edirəm, məni narahat etməyin.."
Qeyd edək ki, Abel Məhərrəmov 2005-2015-ci illərdə Milli Məclisin deputatı olub.