Bakıda - Səbail rayonu ərazisində qadın bıçaqlanıb.
Mia.az xəbər verir ki, 23 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla bu əməlin qadının əri tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin İsmayılov saxlanılıb.
Fakt araşdırılır.