"Panatinaikos"un türkiyəli məşqçisi Ergin Ataman Yunanıstanda ilin baş məşqçisi seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yunan Basketbol Assosiasiyası (HEBA) açıqlama yayıb.
Bildirilib ki, Ergin Ataman Yunan Basketbol Liqasında ilk mövsümündə "Panathinaikos"u çempionluğa aparıb və bu səbəbdən 2023-2024 mövsümü üçün ilin məşqçisi adına layiq görülüb.
Məlumatda deyilir ki, media nümayəndələrinin iştirak etdiyi səsvermədə Ataman səs çoxluğu ilə bu ünvana sahiblənib.
Baş məşqçi Ataman mükafata layiq görülməsinə görə koman daya borclu olduğunu deyib.
Xatırladaq ki, “Panatinaikos”u həm Yunanıstan Basketbol Liqasında, həm də THY Avropa Liqasında çempion olub.
Fərid Aslan
MİA.AZ