Avropa Parlamentin (AP) seçkiləri dünya mediasının əsas gündəminə çevrilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransada ifrat radikalların bu parlamentə keçirilən seçkidə qalib gəlməsindən qorxuya Makron ölkə parlamentini buraxmasından onra məsələ daha da aktuallaşıb. Oxşar hal Avstriya və Belçikada da yaşanıb. Bu iki ölkədə də millətçilər qazanb. Avstriyada millətçilər birinciliyi, Belçikada isə ikinciliyi əldə ediblər.
Belçika baş naziri radikalların qələbəsinə görə bu gün istefa verəcəyini bəyan edib.
Portuqaliyada isə AP-yə seçkiləri ana müxalifət olan Sosialist Partiyası qazanıb.
Portuqaliya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələrə görə, "Sosialist"lər 32,4 faizlı ən çox deputat mandatı əldə ediblər.
Lamiyə Əhmədli
MİA.AZ