Prezident Ərdoğanla İYİ partiyanin keçmş sədri Meral Akşener görüşünün əks-sədası davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşə etiraz edərək, özünəməxsus şərh verənlərdən biri də CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu olub.
O, "Əgər hörmətli Akşener cənab Ərdoğanın istəyi ilə bu görüşə gedibsə, bu, Ərdoğanın hakimiyyətinə təslim olmaq deməkdir. Uzun illər bir partiyanın başqanı olan birinin partiyasını belə saymadan Ərdoğanla görüşməsi etik deyil" deyə, "Sözcü" telekanalının sualına cavabda deyib.
CHP-nin sabiq rəhbəri bildirib ki, ilk əvvəl bu nüans dəqiqləşməlidir: "Bu görüşlə bağlı əsas məsələ dediyim kimi görüş tələbinin ilk olarqaq kimdən gəlməsidir. Ərdoğanın istəyi ilə bağlı şərhumi verdim. Yox, əgər Akşenerin istəyi ilə görüş baş tutubsa, onun partiyasına məhəl qoymadan buna can atması anlaşılan deyil. Hörmətli Akşener ictimaiyyətə bu görüşünü görünməyən tərəfləri haqda mütləq izah verməlidir. Çünki belə anlaşılır ki, o, İYİ partiya və onun sədri Müsavat Dərvişoğlunun rəyini belə nəzərə almayıb, soruşmayıb. Üstəlik, siyasətdə bir yumşalma və ya normallaşma olması üçün Meral xanımın bir statusu olmalıdır, ancaq o, belə statusda da deyil...".
Kılıçdaroğlu daha sonra ötənprezident seçkilərində Akşenerin "6-lı Masa" ətrafındankı oyunlarına da toxunub: " "Akşenerin həqiqətən o caxt niyə "6-lı masa"nı tərk edib, niyə də bir neçə gün sonra geri qayıtdığını bilmirəm. Bir gün bu barədə ondan soruşmaq istərdim...".
Firudin Səfərli
MİA.AZ