2023-cü il parlament və prezident seçkilərində CHP lideri Kamal Kılıçdaroğlunun uduzmasından sonra onun "devrilməsi"ndə müstəsna rol oynayan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu geri addım atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, Kamal Kılıçdaroğlunun TV-lərə çıxaraq "sırtımdakı xəncərlərlə seçkiyə girdim" ultimatumundan sonra hamı bu sözlərin əsas hədəfinin İmamoğlu olduğunu iddia etməyə başlayıb.

Maraqlı budur ki, İmamolu bunu inkar eləsə də, Kılıçdaroğlu bu barədə suala təsdiq mənası verən cavablar verib.

Türkiyə mediası yazır kl, Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilən İmamoğlu Kılıçdaroğlu ilə münasibətləri qaydaya salmaq üçün Ankaraya gedəcək.

CHP-li qaynaqlardan bildirilib ki, İmamoğlu CHP-dəki son toplantıların birində bu barədə informasiya verib. O, sabiq sədri tərifləyərək deyib: "Cənab başqan (Kamal Kılıçdaroğlunu nəzərdə tutur - Mia.az) mənim baş tacımdır. Ankarada Kamal bəylə görüşüb, birgə şam edəcəyəm".

İddiaya görə, Kılıçdaroğlu İmamoğlunun ziyarətinə mənfi yanaşmayıb: "Səfərin tarixi yaxın günlərdə bəlli olacaq".

Samir Musayev

MİA.AZ