"ABŞ-ın dünyanın bəzi ölkələrini sümürməklə əhəmiyyətli miqdarda pul qazanır. Bəli, bu, doğrudur. Ancaq ABŞ-ın dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu da var. Bunu da diqqətdən kənarda tutmaq olmaz"
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumundakı çıxşında deyib.
O, Dünya Bankının məlumatlarına istinad edərək, bildirib ki, Rusiya Alıcılıq Gücü Pariteti” baxımından dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib: “Lakin biz lider mövqeyimizi daim gücləndirməli olduğumuzun fərqindəyik. Çünki digər ölkələr də yerində dayanmır”.
Putin Rusiyanın son illər Asiya ilə ticarət dövriyyəsini 60 faiz, Afrika ilə 69 faiz, Latın Amerikası ilə isə 42 faiz artırdığını da sözlərinə əlavə edib.
Samir Musayev
MİA.AZ