İsrail ordusunun Qəzza zolağında didərgin düşmüş fələstinlilərin sığındığı BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentliyinə (UNRWA) məxsus məktəbi yenidən vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza şəhər mərkəzinin qərbində - Şati Qaçqınlar Düşərgəsindəki UNRWA məktəbinin bombalanması ən azı üç nəfər ölüb, onlarla yaralı var: "Hazırda ölü və yaralı sayı dəqiqləşdirilir".
Xatırladaq ki, dünən İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsində də UNRWA məktəbini bombalayıb: "Bu zaman isə 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib".
Zülfiyyə
MİA.AZ