Nigeriyanın Zamfara və Katsina əyalətlərində silahlı şəxslər kəndlərə hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə hər iki əyalətdə ümumilikdə 42 nəfər öldürülüb, 100-dən çox yaralanan var.
Zamfara əyalətinin polis rəisi Məhəmməd Şehu Dalican bildirib ki, bu gün səhər tezdən əyalətin Zurmi bölgəsindəki Maqarya kəndinə motosikletli təxminən 300 silahlı dəstə üzvü gələrək qarşılarına çıxanları atəş tutublar: "Onlar bu kənddə 7-si polis olmaqla 12 nəfərin öldürüb, xeyli adamı yaraladıqdan sonra digər yayşayış massıvlərinə hücum keçiblər. Katsina əyalətinin Dutsinma və Safana kəndlərində isə 30 nəfəri güllələyiblər. Ümumlikdə 100-dən çox yaralı insan var...".
Xəbərdə bildirilib ki, kənd sakinləri tez-tez baş verən silahlı dəstə üzvlərinin hücumlarına görə evlərini tərk edib.
Xatırladaq ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISVAP terror təşkilatlarının hücumları ilə qarşılaşır.
Zülfiyyə
MİA.AZ