ABŞ prezidenti Co Bayden Fransada rəsmi mərasimdəki davranışı dünya mediasının manşetini bəzəyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Normandiyaya ilk enişinin 80-ci ildönümü ilə bağlı keçirilən anma mərasimində Bayden Fransa prezidenti Makronu səhnədə salamladıqdan sonra "xəyali kreslo"da oturmağa çalışıb.
Yayılan görüntülərə əsasən, Co Bayden əli ilə stul axtarıb, lakin olmayan stulu tapa bilməsə də, yarımçömbəlmə duruşu "gözə girib". Nəhayət, o, qsa müddət sonra oturmaq üçün stul olmadığnı anlayaraq, dikəlib.
Baydenin rəqibi olan Respublikaçılar Partiyası olaya belə reaksiya verib: "Lütfən, Co Bayden bizi utandırmadan səhnədə bir gün belə keçirə bilməzmi? Çox şeymi istəyirik?"
Zülfiyyə
MİA.AZ