İsrailin Qəzza zolağının mərkəzi bölgələrindəki Nusayrat Qaçqınlar Düşərgəsini yenidən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zərbələrdən biri Nusayrat Qaçqınlar Düşərgəsində yerləşən Nusayrat Bələdiyyəsinə aid binaya atılıb: 

"Hücum zamanı aralarında Nusayrat bələdiyyə sədri İyad əl-Mağari də daxil olmaqla, ən azı 5 nəfər həyatını itirib. Dağıntılar altından çıxarılan cəsədlər Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına təhvil verilib".

Qeyd edək ki, İsrail ordusunun dünən axşam saatlarında da Nusayrat Qaçqınlar Düşərgəsini bombalayıb. Həmin vaxtı düşərgədə vurulan məktəbə atılan bomba nəticəsində 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.

Tahir Şəlvəli

MİA.AZ