Prezident İlham Əliyev bu gün daha bir təyinata imza atıb.
Mia.az xəbər verir ki, sərəncamla Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncama əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.