Minskdə Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilir.

Mia.az bu barədə Azərbaycanın Belarusdakı səfirliyinə istinadən xəbər verir.

İclas Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və belaruslu həmkarı İqor Petrişenkonun sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası bu il martın 15-də Bakıda keçirilib və iclasın yekunlarına əsasən, Belarus və Azərbaycan arasında əməkdaşlığa dair protokol, eləcə də bir sıra sənədlər imzalanıb.