İsrail ordusu Qəzzada inanların sığındığı məktəbi bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərqdəki ofisi məlumat yayıb.
Qeyd edilib ki, ilkin məlumata əsasən, 39 nəfər ölüb, onlarla insan yaralanıb: "Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqın düşərgəsindəki məktəb tamamilə yararsız hala düşüb..."
Fələstin mənbələri də açıqlamalarında İsrail ordusunun Nusayrat Qaçqınlar Düşərgəsinin 2-ci bölgəsində onlarla köçkünün sığındığı məktəbi bombalayaraq dəhşətli qətliam törətdiyini iddia edib.
Tahir Şəlvəli
MİA.AZ