Ukraynaya gedən və içərisində 300-dən çox insan olan sərnişin qatarı yük qatarı ilə toqquşub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Çexiyanın Pardubitse şəhərində baş verib.

Məlumata görə, hadisə zamanı 4 nəfər ölüb, ən azı 26 nəfər yaralanıb.

Ölkənin Fvqəladə Hallar Nazirliyinin sözçüsü Alena Kisiala Çexiya telekanalına bildirib ki, hadisə gecə olub: "Təəssüf k, ölən və yaralananlarımız var..."

Baş nazir Petr Fiala hadisəni "böyük fəlakət" sayıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Firudin  Səfərli

MİA.AZ