TÜRKPA-ya üzv dövlətlərin Gənc Parlamentarilər Qrupunun dördüncü iclası 2025-ci ildə Qazaxıstanda keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə Bakının ev sahibliyi edəcəyi TÜRKPA-nın 13-cü plenar sessiyası çərçivəsində Gənc Parlamentarilər Qrupunun iyunun 5-də keçirilən 3-cü iclasında bildirilib.
Gənc Parlamentarilər Qrupunun dördüncü iclasının mövzusu “TÜRKPA üzv dövlətlərinin gənclərinin miqrasiya təcrübələri və mədəni uyğunlaşma prosesləri” olacaq.