Mia.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İYİ Partiyasının keçmiş sədri Meral Akşeneri Prezident Külliyesinde qəbul edib.

Türkiyə mətbuatı yazır ki, keçmişdə bir-birlərini ən sərt formada tənqid edən siyasətçilər çox səmimi görüşüblər. 

***

Prezident Ərdoğan bu gün İYİ Partiyasının keçmiş sədri Meral Akşeneri qəbul edəcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş Bakı vaxtilə saat 18.00-da Prezident Külliyesinde (Aparatl) olacaq.

Yayıaln xəbəri Kommunikasiya direktoru Fahrettin Altun təsdiqləyib: "Bu gün cənab prezident Rəcəb Tayyib Ərdoğan saat 18.00-da (Bakı vaxtilə) İYİ Partiyasının keçmiş sədri xanım Meral Akşeneri Prezident Külliyesində qəbul edəcək”.

Xatırladaq ki, İYİ partiyadan istefa verən Akşenerə mpbil telefonunu da söpndürüb. O, yalnız dünən sabiq baş nazir Tansu Çillərin ərinn dəfnində üzə çıxıb. Burada o, Ərdoğanla ayaqüstü söhbət edib.

Lamiyə Əhmədli

MİA.AZ