Bu gün Türkiyə parlamentində Fətullah Gülənin Türkiyəyə gətirildiyi ilə bağlı iddialar cavablandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP millət vəkili Oğuz Kaan Salıcı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasında keçirilən iclasda FETÖ lideri Gülənin Türkiyəyə gətirilib-gətirilməməsi haqda komissiya sədri Fuat Oktaya sual verib.

Deputat mediada "Gülənin olduğu təyyarə Türkiyəyə yola düşüb", "ABŞ onu Ankaraya gizli şəkildə təslim edib" kimi yazıları ona göstərərək, "bu, xəbərlər doğrudurmu?" deyə soruşub.

Komissiya sədri Fuat Oktay suala cavabda deyib: "Mənim heç bir məlumatım yoxdur, məlumatı olan biri varsa, paylaşa bilərik, heç bir məlumatım yoxdur".

O, daha sonra iclasda olan Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozaydan "sizdə belə məlumat var?" - deyə sorub.

Nazir müavini "Bizim heç bir məlumatımız yoxdur” deyib.

 Fuat Oktay bu cavaba cavab olaraq bu istiqamətdə hər hansı məlumatlarının olmadığını təkrar edərək Gülənin şəbəkəsinin Türkiyəyə çox ciddi bədəl ödəməyə məcbur etdiyini xüsusi vurğulayıb: "86 milyonluq hər bir fərd bu bədəli ödəyib. Təəssüf ki, bütöv bir nəsil məhv edilib. Ona görə də bunun əvəzi gec-tez ödəniləcək”.

CHP-li deputat komissiyada bu sorğu-sualın protoklunu da olduğu kimi sosial media səhifəsində paylaşıb. Onu da aşağıda təqdim edirik:

Yeri gəlmişkən, son günlər F.Gülənin ABŞ-dakı villasında ya qaçırlması, ya da ölməsi barədə xəbərlər yayılır.

Zülfiyyə

MİA.AZ