Türkiyə Jandarm qüvvələri Vanın Başkale çölündə separatçı Terror Təşkilatına qarşı keçirdiyi "Bozdoğan-41" kod adlı əməliyyatı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, əməliyyatla 3 terrorçiu mməhv edilib: "Məhv edilənlərdən biri qruplaşma içində lider sayılan" Demhat Şero Velat" kod adlı İlyas Ayazdır. Digər iki terrorçunun şəxsiyyəti və fəaliyyətləri araşdırılır".
Nazir qeyd edib ki, əməliyyatda PUA-lar və helikopterlərdə iştirak edib: "Xainlərin nəfəsini kəsəcəyik, terrora və işbirlikçilərinə qarşı əməliyyatlarımız fasiləsiz davam edəcək".
Tahir Şəlvəli
MİA.AZ