İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc və Əl-Maqazi qaçqın düşərgələrini havadan və qurudan atəşə tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu döyüş təyyarələri və artilleriya atəşinin müşayiəti ilə qurudan Əl-Bureyc Qaçqınlar Düşərgəsinə daxil olmağa çalışır.

İsrail ordusundan verilən açıqlamaya görə, döyüş təyyarələri Əl-Bureyc Qaçqınlar Düşərgəsini bombalayıb: "Hava zərbələri ilə HƏMAS yaraqlılarının  cəmləşdiyi hədəflər vurulub. Bununla yanaşı, kəşfiyyat təlimatları ilə Büreycdə qurudan lokal əməliyyatlara start verilib"

Fələstin mediası isə yazır ki, gecəyarısı həyata keçirilən bombardmanlarda böyük itkilər var: "İlkin məlumata görə, hava zərbələri 11 nəfərin ölümünə, onlarla insanın ağır yaralanmasına səbəb olub...".

Tahir Şəlvəli

MİA.AZ