İsrail Baş Qərargah rəisi Herzi Halevi Livana hücum əməliyyatının anonsunu verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ötən gün Livandan atılan raketlərdən sonra sərhədyanı yaşayış məntəqələrində baş verən güclü yanğına görə bölgədəki hərbçilərlə görüşdə "Hizbullah"ı məhvlə hədələyib: ""Hizbullah"ın son hücumun bədəlini çox ağır ödəyəcək. Onlar son həfətlər daha da azğınlaşıblar. Bu da bizim son qərarı verməyimizi tezləşdirir. İsrail ordusu hücuma hazırdır, siyasi qərarı gözləyirik. Bunun da tezliklə veriləcəyini bilirik...".
Zülfiyyə
MİA.AZ