İngiltərədə türk məşqçi ilə yeni müqavilə imzalanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda "Kardiff Siti"nın baş məşqçi olan Erol Bulutun müqaviləsi 2 il müddətinə uzadılıb.
Klubun prezidenti Vinsent Tan yeni anlaşma ilə bağlı deyib ki, ötən mövsüm Erol Bulutun rəhbərliyi altında komanda xeyli inkişaf edib: "İnanıram ki, o, komandanın daha möhkəm, daha güclü olması üçün təməllər atıb. Erol Bulut və köməkçilərinə yeni mövsümdə uğurlar arzulayıram. Mənim onlara güvənim tamdır..."
Erol Bulut isə yeni razılaşmayua belə münasibət bildirib: "'Burada daha uzun qalacağımdan çox qürur duyuram və xoşbəxtəm. Etimada görə cənab Vinsent Tana təşəkkür edirəm. Mən həmçinin Mehmet Dalman və Ken Çuya göstərdikləri dəstəyə və azarkeşlərə təşəkkür etmək istərdim. Bu ailənin üzvü olmaq xüsusi imtiyazdır."
Fərid Aslan
MİA.AZ