"Trabzonspor"da transfer fəaliyyəti gündəmdən düşmür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bordo-mavililər hazırda müdafiə xəttinə iki oyunçu almağı planlaşdıırb.

Məlumata görə, Qara dəniz komandası bu məqsədlə "Marsel"in təcrübəli müdafiəçisi Samuel Giqotla və Vest Bromviç”lə müqaviləsi başa çatan Sedrik Kipre ilə danışıqlara başlayıb: "Giqotun "Marsel"lə daha 1 mövsümlük müqaviləsi bir qədər vəziyyəti tündləşdirsə də, "Trabzonspor" rəhbərliyi pul kisəsinin ağzını açıq tutacağını gizlətmir".

Bu arada “Trabzonspor”un kapitanı Uğurcan Çakır üçün də transferlər təklifləri gəlir. İddiaya görə, ona Səudiyyə Ərəbistanı və Avropanın bəzi komandaları "elçi" düşənlər var.

Fərid Aslan

MİA.AZ