İsrail və Livandakı "Hizbullah" qruplaşması arasında münaqişə daha sərt xarakter almağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən axşam Livandakı Hizbullah qruplaşması İsrailin Yuxarı Celil deyilən bölgəsini raket atəşinə tutub.
İsrailin "Ynet" xəbər saytı yazır ki, nəticədə bölgədə böyük yanğın olub: "6 yanğınsöndürmə təyyarəsi və 14 yanğın söndürmə qrupu 5 saatlıq mübarizədən sonra yanğını nəzərətə ala bilib. Blgədəki kənd sakinləri evlərinədən təxliyyə olunub. Hazırda yanğın söndürülüb, soyutma işləri həyata keçirilir".
Xatırladaq ki, 7 oktyabr 2024-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livandakı "Hizbullah"la savaşır. Bu savaşda 325 Hizbullah üzvü, 65 livanlı mülki, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki israilli həlak olub.
Samir Musayev
MİA.AZ