ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbsxanaya göndərilməsindən narahat olmadığını deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bunu "Fox News"a müsahibəsində barəsində olan ittihamlardan danışarkə deyib.

Tramp "sus payı" kimi təqqim olunan cinayət işinin qondarma olduğunu  bir daha qabardıb: "Bunlar Bayden hakmiyyətinin oyunlarıdır. Mən həbs və ya ev dustaqlığı qərarındna qorxmuram, həbsə düşməkdən də çəkinmirəm, ancaq xalqın bunu sakit qəbul edəcəyini də düşünmürəm. Bu, Amerika xalqında ciddi və təhlükəli bir "qırılma nöqtəsi" yaradacaq"

Amerika mətbuatı yazır ki, Trampın bu sözləri əslində təhdid xarakterlidir: "Bu təhduid 5 noyabr seçkiləri yaxınlaşdıqca iğtişaşların və siyasi təqiblərin mümkünlüyü ilə bağlı narahatlıqları artırır".

Onu da qeyd edək ki, ABŞ tarixində bu seçkidə ilk yaşanacaq. Belə ki, Tramp məhkum olunmuş şəxs kimi namizədliyini irəli sürəcək. 

Yeri gəlmişkən, o, bu dəfə də prezident Co Baydenə uduzacağı təqdirdə nəticəni qəbul etməyəcəyini təkrarlayıb.

Samir Musayev

MİA.AZ