İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalına yenə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində bir fələstinli basqınalr zamanı öldürülüb, 8 nəfər isə yaralanıb: "Yaralılardan biri 13 yaşlı uşaqdır. Ölən şəxsin cəsədini də hərbçilər özləri ilə götürüblər. Bu isə bölgədə gərginliyi pik həddə çatdıırb...".

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bu yana İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərlərinin hücumları nəticəsində 523 fələstinli həlak olub.

Tahir Şəlvəli

MİA.AZ