ABŞ prezidenti Co Baydenin ABŞ-Meksika sərhədini qanunsuz  miqrantların keçidi üçün tamamilə hasarlanması ilə bağl fərman imzalayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.

Amerika mediasına danışan AĞ EV-in adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi bildirib ki, Bayden bu barədə bu gün, yaxud sabah qərar verəcək: "Hazırda gün ərzində təxminən 2500 nəfər sərhədi qanunsuz keçir. Bu rəqəmin 1500 civarında olması qəbul olunan ola bilərdi. Lkain say çoxdur və bu, bölgədə narazılığı daha da böyüdür. Ona görə tədbir görüləcək, sərhədlər tamamilə qapanacaq, mühafizə sistemi artırılacaq".

Mənbə bildiirib ki, bununla yanaşı, qanunsuz miqrantların deportasiyası üçün qətiyyətli addımlar atılacaq.

Xatırladaq ki, 2018-ci ildə o zamankı prezident Tramp belə fərmanı imzalamışdı. Lakin 2020-ci ildə prezident seçkilərində qalib gələn Bayden Trampın bu fərmanını ləğv etmişdi. İndisə o, Trampın fərmanını yenidən təkrarlamaq məcburiyyətində qalıb.

Samir Musayev

MİA.AZ