31 mart bələdiyyə seçkilərindən sonra keçirilən qurultayda kreslosunu Müsavat Dərvişoğluna buraxan İYİ Partiyasının keçmiş başqanı Meral Akşener uzun müddət sonra bu gün görünüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qurltaydan sonra mobil telefonunu söndürən, heç kəslə təmasa keçməyən Akşener şəxsi köməkçisi Esma Bekarın qayınatası Mehmet Ayhan Bekarın bu gün dəfn mərasimində iştirak edib.
Akşenerin cənazə namazından sonra İYİ Partiya Afyonkarahisardən olan deputatı Hakan Şeref Olgunun qolundan tutaraq getdiyi anlar diqqət çəkib.
Onu da qeyd edəki ki, Akener bu mərasimdən sonra keçmiş baş nazir Tansu Çillərin həyat yoldaşı Özer Uçuran Çillərin dəfn mərasiminə qatılıb.
Tahir Şəlvəli
MİA.AZ