Prezident Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl dünyasını dəyişən keçmiş baş nazir Tansu Çillərin həyat yoldaşı Özer Uçuran Çillər üçün Leventdəki Barbaros Hayrettin Paşa məscidində təşkil edilən dəfn mərasiminə qatılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimində çıxış edən Ərdoğan mərhumu tərifləyib: "Ölkəmizə xidmət edən bir qardaşımızdı. Həyat yoldaşı Tansu xanım ölkəmizə xidmət etdi..."

Qeyd edək ki, mərasimdə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Demokrat Partiyasının sədri Gültəkin Uysal, keçmiş daxili işlər naziri Mehmet Ağar, keçmiş daxili işlər naziri Süleyman Soylu, İYİ Partiyasının keçmiş sədri Meral Akşener, keçmiş vitse-prezident Fuat Oktay və digər rəsmilər qatılıblar.

Mərasimdə Ərdoğan ayaqüstü Tansu Çillərlə də söhbətləşib.

Tahir Şəlvəli

MİA.AZ