İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsini bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əsasən Əz-Zəvayide qəsəbəsinə hücum nəticəsində çoxlu sayda insan həlak olub.
Məlumata görə, ölənlər arasında qadın və uşaqlar da var: "İlkin məlumata görə, zərbələr nəticəsində 20 nəfərə yaxın həlak olan və xeyli yaralılar var. Hazırda dəqiqləşmələr aparılır. Yaralılar Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasına aparılır. Onların arasında vəziyyəti ağır olanlar da çoxdur...".
Xatırladaq ki, indiyədək Qəzzada ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 439 fələstinli həyatını itirib, 82 min 627 nəfər isə yaralanıb.
Firudin Səfərli
MİA.AZ