Məşhur aktyor Erkan Petekkaya prezident Ərdoğandan kömək istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Muğlanın Fethiye bölgəsinin Göcek məhəllə sakinlərinin başına açılan oyunlarla bağlı prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Erkan Petekkaya Göcekdə bir çox sahilyanı ərazinin Muğla Xidmət Vəqfi (MUÇEV) vasitəsi ilə ələ keçirilərək, şirkətlərə icarəyə verildiyini bildirib: "Cənab Prezident, əminik ki, hazırda mübarizə apardığınız çoxlu problemlər var. Amma Göcek ölkəmizin cənnətidir, göz bəbəyidir. Göz bəbəyimiz olan burada bəzi şirkətlər MUÇEV vasitəsilə Göcekdəki yerliləri, əsl torpaq sahiblərini müxtəlif hiylələrlə aldatmağa çalışmışlar.  Mənim adım Erkan Petekkayadır. 20 ildir Göcekdəyəm və inanıram ki, burada haqq sahibi yerlilərdir. Onların adından sizdən kömək istəyirəm. Sizin bilmədiyiniz çox şeylər var.  Amerikalıların  qızıldərililərə (vaxtilə hündlilərə qarşı amansız davranışı nəzərdə tutur - MİA.AZ) etdiklərini indi burada edirlər...".

Aktyorun müraciətinin tam mətnini aşağıda olduğu kimi tədqim edirik:

Ləman

MİA.AZ