Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay və Özbəkistan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Alişerbek Payqamov ilə görüşüb

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesdabında paylaşım edib.

O bildirib ki, görüş Almatıda Türk Dövlətləri Təşkilatına (ATT) üzv olan Prezidentlərin Diplomatik Müşavirlərinin/Köməkçilərinin İkinci Toplantısı çərçivəsində baş tutub.

Prezidentin köməkçisinin sözlərinə görə, görüşlərdə ölkələr arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə olunub: "Türk dünyası bizim ailəmizdir!"