İsrail ordusu Qəzza zolağını bombalamaqda davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 24 saatda Qəzzada daha 60 nəfər həlak olub.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, son sutkada 220 dinc sakin isə yaralanıb: "Bununla da oktyabrın 7-dən etibarən Qəzza zolağında ölənlərin sayının 36 min 439-a, yaralıların sayı isə 82 min 627-yə yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ