"Ölkəmizdən qeyri-qanuni yollarla xaricə qaçırılan tarixi əsərləri detektiv həssaslığı ilə izləyirik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Mədəni İrs və Muzeylər Baş direktoru Birol İnceciköz deyib.
O, 2018-ci ildən bu yana 7 min 824 qaçırılmış əsərlərin geri qaytarıldığını açıqlayıb: "Xaricə qaçırılan tarixi əsərlərin geri qaytarılması məqsədilə nazirlikdə polis və jandarma ilə koordinasiyalı şəkildə çalışan peşəkar qrup yaradılıb. Bu qrupun sayəsində xeyli əsəri geri qaytarmışıq. Daha dəqiqi, 2018-ci ildən bu yana 7 min 824 əsəri geri gətirə bildik. Ölkəmiz üçün bu istiqamətdə səylərimiz davam edəcək".
Lamiyə Əhmədli
MİA.AZ