Bu gün səhər Türkiyənin Hakkari Bələdiyyəsində polis əməliyyatı keçirilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla Hakkarinin Bələdiyyə sədri, DEM Partiya üzcü Mehmet Sıddık Koşuk Vanda polis tərəfindən qandallanıb.

Məlumata görə, hazırda bələdiyyədə axtarış aparılır.  

Daxili İşlər Nazirliyi bələdiyyə sədrinin PKK terror təşkilatı üçün yardım toplamaqda və onun təbliğatımı aparmaqda ittiham edib. 

Məlumatda o da deyilir ki, bundan sonra bələdiyyə sədrinin vəzifəsini şəhər valisi icra edəcək.

Əməliyyatla bağlı açıqlama verən DEM Partiyası həbsə etiraz edib: "31 Martda xalqımızın demokratik seçki ilə qalib etdiyi şəxsin həbsini qəbuledilməz sayır və buna etiraz edirik..."

Hakkari valiliyi isə yaşanan  hadisələrlə bağlı şəhərdə hər ahnsı bir aksiya keçirilməsini bəribaşdan qadağan edib.

Qeyd edək ki, Mehmet Sıddık Nakit 1970-ci ildə Hakkarinin Çukurca rayonunda anadan olub. 

Firudin Səfərli

MİA.AZ