Türkiyənin məşhur aktyoru bu gün Ahmet Uğurlu son səfərinə yola salınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəfn mərasiminə ölkənin məşhir aktyor, aktrisa və sənət adamları qatılıblar.
Mərasimdə çıxş edən Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı Uğurlunun çox istedadlı aktyor olduğunu qeyd edib: "Türk teatrı və kinosu üçün çox ağrılı itkidir. Dərdimiz böyükdür. Aıllah rəhmət eləsin!"
Xatırladaq ki, Ahmet Uğurlu 2 avqust 1952-ci ildə Konyada anadan olub.
Ankara Dövlət Konservatoriyası Teatr Fakültəsini bitirən sənətçi 1977-ci ildə Bursa Dövlət Teatrına, 1979-cu ildə isə İstanbul Dövlət Teatrında işə başlayıb.
O, teatr səhnəsində “Od duası”, “Zibil”, “Abdülcambaz”, “İki ustanın nökəri”, “Əhəmiyyətli adam”, “İstanbul Əfəndisi”, “Kösəm Sultan” kimi bir çox məşhur tamaşalarda, o cümlədən14 filmdə rol alıb.
Ləman
MİA.AZ