31 mart bələdiyyə seçkilərində böyük uğursuzluqla üzləşən 3 siyasi partiya birləşmək qərarına gəliblər.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, DEVA, “Gələcək” və “Səadət” partiyalarının birləmə qərarından sonra isə vahid partiyanın lideri kürsüsünə isə sürpriz ad hallanmağa başlayıb.
Türkiyə mediası yazır ki, keçmiş prezident Abdullah Gül uzun səssizlikdın sonra isə aktivsiyasətə sürətli dönüş edərək, birləşmiş 3 partiyanın lideri kürsüsünə oturacaq.
Bu haqda TV100-ün köşə yazarı Barış Yarkadaş sensasion iddia ilə çıxış edib.
Xatırladaq ki, 1991-2007-ci illərdə Türkiyə Böyük Millət Məclisində 5 dəfə Kayseridən deputat seçilən, 2001-ci ildə AK Partiyanın yaranmasında mühüm rol oynayan Abdullah Gül 2002-ci ildə baş nazir və Türkiyə Cümhuriyyətinin 58-ci hökumətinə rəhbərlik edib.
O, 28 avqust 2007-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin 11-ci prezidenti seçildi.
Zülfiyyə
MİA.AZ