İsrailin fasiləsiz bombaladığı Misirlə sərhəddəki Rəfah şəhərində mobil telefon əlaqəsi kəsilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin "Paltel" telekommunikasiya şirkəti açıqlama yayıb.
Bildirilib ki, Rəfah şəhərində mobil telefon xidmətini hələlik bərpa etmək mümkün deyil: "İsrailin davam edən hücumları səbəbiylə Rəfahda cib telefonu xidmətinin kəsildiyini təəssüflə bildiririk. Komandalarımız xidməti ən qısa zamanda bərpa etmək üçün çalışır".
Zülfiyyə
MİA.AZ