Qəzzada 237 gündür bombardman davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada daha 53 fələstinli həlak olub, 357 nəfər isə yaralanıb: "Bununla da oktyabrın 7-dən etibarən Qəzzada  ölənlərin sayı 36 min 224-ə, yaralıların sayı isə 81 min 777-yə çatıb".

Tahir

MİA.AZ