Prezident Ərdoğanın ötən gün partiyasının toplantısında keçmiş CHP lideri Kamal Kılıçdaroğlunun son prezident seçkilərini nəzərdə tutaraq silahdaşları tərədindən "Mən arxadan xəncərləndim" sözlərinə eyham vuraraq, ona çağırış etməsi siyasi gündəmdə gərginlik yaradıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Ərdoğanın "Çıx, millətin beynindəki sual işarələrini təmizlə. "6-lı Masa" ilə bağlı eyhamlarla danışma. Bizim rekord səslə qalib gəldiyimiz seçkidə səni kimlər arxadan xəncərlədi? Çıx, bunları artıq etiraf elə" sözlərinə Kılıçdaroğlu sosial media hesabındakı paylaşımla çox sərt cavab verib.

Kılıçdaroğlu seçki dönəmində Ərdoğan iqtidarının "Terror təşkilatları Kılıçdaroğlunu istəyir" tipli saxta təbliğat və saxta videolarla kampaniya aparılmasına toxunub və bildirib ki, prezident seçilsəydi, terror təşkilatları onların başlarını əzəcəyini bilirdi: "Bunlar bilirlər ki, Kılıçdaroğlu bu ölkəni idarə etsə, millət abad, özləri isə bəırbad olacaqdı.."

O daha sonra FETÖ hadisələrinə qədərki ölkədəki siyasi vəziyyətə toxunub: "...Ərdogan çıxıb "o xəncəri izah et" deyir... Sən o xəncəri uzun illər əlində tutdun. Gətirdin 15 iyulda millətin kürəyinə sapladın. 

Sən, sənin qohumların, işbirlikçilərin, nökərlərin və xəncər tutduqların bunu bilsinlər; milli istiqlalımızı, milli iqtisadiyyatımızı hədəf alan, qurduğunuz bu sirki başınıza yıxacağam! Vətən xilas olacaq...”.

Firudin Səfərli

MİA.AZ