Sabunçu rayonunun Sabunçu qəsəbəsində 38 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, mayın 30-da 09 radələrində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır