Türkiyədə FETÖ üzvlərinə qarşı yeni əıməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tekirdağ şəhərində keçirilən əmıəliyyatla xaricə qaçmağa çalışan daha 5 təşkilat mənsubu tutulub.

Bu barədə Tekirdağ polisinin məlumatına əsasən, onlar maşınla hərəkətdə olarkən saxlanılaraq qandallanıb: "Onlardan 4-ü keçmiş plis, biri isə müəllimdir. Maşınlarda yoxlama zamanı tutulanların FETÖ üzvü olduqlarına dair sənədlər, o cümlədən 41 min 85 avro, 3 min 920 dollar, 7 min 200 lirə və cib telefonları götürülüb"

Xəbərdə deyilir ki, keçmiş polis əməkdaşları barədə həbs qətimkan tədbiri seçilib, müllim haqda isə ev dustqalığı qərarı çıxarılıb.

Tahir Şəlvəli

MİA.AZ