Nigeriyanın Kaduna əyalətində bazara silahlı hücum olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, silahlı quldur dəstələri qarşılarına çıxanları güllələyiblər: "Nəticədə 12 nəfər hadisə yerində ölüb, 20-dən çox yaralı var".
Əyalət valisi Cafra Caino silahlı dəstə üzvlərinin Maro bazarına qəfil hücum etdiyini bildirib: "Təəssüf ki, ölü və yaralı sayımız çoxdur. Quldurlara qarşı əməliyyat başlayıb".
Xatırladaq ki, Nigeriyanın müxtəlif bölgələrində son zamanlar silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və "ISWAP" terror təşkilatları da terror əsdirirlər. Son 6 ayda belə hücumlarla onlarla insan öldürülüb, əsasən qadınlardan ibarət 300 nəfərdən çox insan qaçırılıb.
Samir Musayev
MİA.AZ