İsrail Suriyaya növbəti dəfə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriyanınrəısmi xəbər agentliyi olan SANA hərbi mənbəyə əsasən məlumat yayıb.

Bildirilib ki, ötəngün yerli vaxtla saat 19.30-da İsrail qüvvələri Banyasda bir ərazi və binaya raket zərbəsi fırladıb: "Nəticədə 1 uşaq ölüb, 10 mülki vətəndaş yaralanıb. Dağıntı var". 

Hücumla bağlı İsrail rəsmiləri heç bir açıqlama verməyib.

Lakin xarici media orqanları vurulan hədəflərin "Hizbullah"la yanaşı, Suriya ordusu ilə İranın dəstəklədiyi qruplaşmaya aid olduğunu yazır.

Firudin Səfərli

Mia.az