İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində köçkünlərin məskunlaşdığı daha bir evi bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 3-ü uşaq, 1-i qadın olmaqla 4 fələstinli həlak olub.
Məlumata görə, hadisə zamanı 7 nəfər yaralanıb.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumları nəticəsində 36171 nəfər ölüb, 81420 nəfər isə yaralanıb.
Tahir Şəlvəli
Mia.az