Ötən mövsüm kubok qazana bilməyən "Bavariya" istefaya göndərdiyi baş məşqçi Tomas Tuçelin yerinə yeni baş məşqçi gətirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub bildiriş yayıb.
Bildirilib ki, 38 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Yeni vəzifəsi ilə bağlı açıqlama verən Vinsent Kompani "Bavariya"dakı ilk oyununu səbirsizliklə gözlədiyini söyləyib: "Bu klubda işləmək böyük şərəfdir. "Bavariya" dünya səviyyəli klubdur. Xarakterimçə uyöun meydanda oacağıq: aqressiya, qətiyyət, cəsarət! Qalan bundan sonra gəlir".
Fərid
Mia.az