"Fənərbağça"nın prezidenti Ali Koç idarə Heyətinin üzvləri ilə görüşündə maraqlı mesajlar verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o,  8-9 iyun tarixlərində "Fənərbağça"nın prezidenti postuna keçiriləcək seçkilərdən və komandanın gələcəyi barədə geniş planlarından söz açıb.

Türk futbolunda baş verənlərə də toxunan Koç bildirib ki, "Fənərbaxça"ya qarşı hər cür haqsızlığa baxmayaraq, qarşılarına çıxan maneələri aşaraq  yollarına davam edəcəklər: "Bu günə qədər doğru yoldan bir qram da sapmadıq, sapmayacağıq da. Üzləşdyimiz problemi qabartdıq, TFF-nin strukturu, idarə heyəti, seçki üslubu ilə bağlı haql mövqeyimizi ortaya qoyduiq. İndisə bu klub 6 il əvvələ (Aziz Yıldıırmın  dövrünü nəzərdə tutur - Mia.az) qayıda bilməz. Biz hamımız klubumuzu çempion etmək istəyirik. Bəs, bu, nə deyir?!" Deyir klubun borcu maraqlandırmır, sağa-sola baxmadan borclanmaya girəcəm-filan.

Baxın, biz gələndən bir oyunçuya belə borc yoxdur. Klubun borcunu da böyük ölçüdə azaltdıq, böyük sponsorları olmayan komandaya xeyli ciddi sponsorlar gətirdik.  Zamanında "Fənərbaxça"ya qarşı əməliyyat keçirləndə, qışqırıb üsyan edənlər, bu gün özləri yenə "Fənərbaxça"ya qarşıdırlar. Görün, nə vəziyyət yaranıb ki, indi kluba hücumla bağlı ortada olan faktları ya lağa qoyur, ya da davranışla klubu axsatmağa can atırlar".

Ali Koç daha son ra Aziz Yılıdırmı debata çağırıb: "Telekanalların birində onunla canlı debata hazıram. Bilirəm, indi dediklərii orada üzümə deyəcək cəsarəti var. Ancaq gəlsin, desin, orada demokartiya adına fikirlərimizi sadalayaq. İndilikdə isə 6 il əvvəl və sonralar kluba zərər verənlər utanmalıdırlar".

Alı Koç daha sonra yaxın günlərdə komandanın baş məşqçi vəzifəsinə gətirəcəyi mütəxəssisin adını açıqlayacağını bəyan edib: "Komandaya gəldikdə isə güclü komandamız var. Əslində, çox ciddi çatışmazlıqlarımız yoxdur. İrfan Can, Fred, Ferdi, Osayi astronomik təklif gəlməyəcəyi təqdirdə, komandada qalacaq. Keçmişdə öyrəndiyimiz və yaşadığımız təcrübələrdən dərs alacağıq. Daha güclü güclü bir heyət quracağıq. Üstəlik, gələn mövsüm bizə qarşı olan sistemi aşacağıq, o şüşə tavanı sındıraraq çempionluqları ard-arda gətirəcəyik".

Fərid Aslan

MİA.AZ