2024-cü il Avropa Çempionatında iştirak edəcək Türkiyə millisinin heyətindən bir oyunçu çıxarılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, heyətdə yer alan Bertuğ Yıldırım gənclərdən ibarət yığmaya göndərilib.

Bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb.

Bildirilib ki, o, "gənclər"in heyətində iyunun 3-də İstanbulda Şotlandiya ilə yoldaşlıq oyununda yer alacaq.

Fərid Aslan

MİA.AZ