"Barselona" baş məşqçisi Xavi Hernandezlə yollarını ayırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, onunla qarşılıqlı razılaşma ilə vidalaşılıb.

Qeyd edək ki, "Barselona"nın baş məşqçisi vəzifəsinə 2021-ci ildə təyin olunan Xavi  2022-2023 mövsümündə La Liqa çempionluğunu qazanıb.

Xavi təxminən bir ay əvvəl "Barselona" ilə müqaviləsini yeniləmişdi. Həmin məraismdə "Barselona" klubunun prezidenti Xoan Laporta mətbuat konfransında çox xoşbəxt olduğunu demişdi. Lakin Xavi klubun iqtisadi vəziyyətini ağır olmasına diqqəti çəkərək, transfer həyata keçirə bilməmələrindən şikayətlənib.

Fərid

MİA.AZ